Sürücülərin nəzərinə! MƏLUMAT

13 İyun 2025- 16:43
11 Sürücülərin nəzərinə!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verir ki, 14–16 iyun 2025-ci il tarixlərində aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq:

1. Səbail rayonu – Badamdar şosesi;

2. Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi;

3. Nərimanov rayonu – Ziya Bünyadov prospekti
 • Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə
 • Çingizxan mərasim evinin yanı, yan yol;

4. Xətai rayonu – Babək prospekti
 • 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı;

5. Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi
 • H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək;

6. Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. (YOL BAĞLANMIR)

Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız.