24 may saat 08:00-dan 27 may saat 22:00-dək Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.