Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq MƏLUMAT

16 May 2025- 15:33

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7.6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin  tikintisi ilə əlaqədar olaraq hərəkət  müvəqqəti olaraq məhdudlaşdırılacaq.
 
Hərəkətin məhdudlaşdırılması 17 may tarixində səhər saat 07:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq. 
 
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.