Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq MƏLUMAT

16 May 2025- 15:00
11 Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq

17 may saat  10:00-dan 18 may saat 20:00-dək Bakı şəhəri, Nizami rayonu, Babək prospektinin Lütfi Zadə küçəsi və Məşədi Hilal Kazımov küçəsi ilə kəsişmələrində (şəhər istiqamətində körpüyə girişdə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. (YOL BAĞLANMIR)

Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.