Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq MƏLUMAT

8 May 2025- 16:42
11 Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın bir sıra prospekt və küçələrində
razılaşdırılmış qrafikə uyğun olaraq əsaslı yenidənqurma işləri vaxt məhdudiyyətini
nəzərə alaraq fasiləsiz davam etdirlir.Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu”
metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə
əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski
küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin
baş vermə ehtimalının azaldılması məqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması
zərurəti yaranmışdır.Qeyd olunanları nəzərə alaraq 09 may 2025-ci il saat 00:00-dan başlayaraq
Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə
qədər, tam şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri tövsiyyə olunur.