Qızıldaş qəsəbəsinin 16 və 17-ci küçələri təmir olunur FOTO

2 May 2025- 13:19
11 Qızıldaş qəsəbəsinin 16 və 17-ci küçələri təmir olunur

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin 2 küçəsində rəmir işləri icra olunur.

Sözügedən qəsəbənin uzunluğu 500 metr təşkil edən 16900 metr uzunluğa malik 17-ci küçələrində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Qeyd edək ki, torpaq əsaslı olan hər iki küçənin ortalama eni 6 metr təşkil edir.  

Təmir çərçivəsində küçələrdə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçələrin profilə salınması işləri aparılıb. Hazırda hər iki küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

YOLUNUZ AÇIQ OLSUN...