Bu küçələrdə təmir işləri aparılacaq MƏLUMAT

14 İyun 2024- 14:47
11 Bu küçələrdə təmir işləri aparılacaq

15 iyun saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mehdi Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn küçəsindən Mixail Lermontov küçəsinədək) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işlərinə başlanılacaq.
 
Təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. (YOLLAR BAĞLANMIR) 
 
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.