Bu ərazilərdə təmir işləri aparılacaq MƏLUMAT

7 İyun 2024- 15:11
11 Bu ərazilərdə təmir işləri aparılacaq

8 iyun saat 10:00-dan etibarən Bakı şəhəri,  Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək), 10 iyun saat 10:00-dan etibarən isə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində (Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunadək) təmir işlərinə başlanılacaq.
 
Təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. (YOLLAR BAĞLANMIR) 
 
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.