M4 avtomobil yolunun 26.5-ci km-də yeni yerüstü piyada keçidinin platforması quraşdırılır MƏLUMAT

22 May 2024- 14:19
11 M4  avtomobil yolunun 26.5-ci km-də yeni yerüstü piyada keçidinin platforması quraşdırılır

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 23 may saat 00:00-dan 07:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. (YOL BAĞLANMIR)

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.