Bakı Dairəvi avtomobil yolunda zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılacaq MƏLUMAT

28 Aprel 2024- 10:58

29 aprel saat 09:00-dan başlayaraq Bakı Dairəvi avtomobil yolunun 9-14-cü km-lik hissəsində (“Binə” ticarət mərkəzindən Biləcəri qəsəbəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə  nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.