Nizami rayonu Elşən Süleymanov küçəsində hərəkət məhdudlaşdırılacaq MƏLUMAT

26 Aprel 2024- 16:25

27 aprel saat 09:00-dan 28 aprel 22:00-dək Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.