Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb VİDEO/FOTO

26 Aprel 2024- 09:05

Dövlət başçısının tapşırığına uyğun olaraq, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlər icra olunur.

Bu çərçivədə Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb.

Təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılıb.

Qeyd edək ki, sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı.

Təmir çərçivəsində köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunmaqla yol yenilənmiş şəkildə yenidən sürücülərin istifadəsinə verilib.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə yerinə yetirilib.

YOLUNUZ AÇIQ OLSUN...