Ramazan bayramınız mübarək!

9 Aprel 2024- 21:19
11 Ramazan bayramınız mübarək!

Mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir.

Bu əziz gündə ailələrə firavanlıq, süfrələrə xeyir-bərəkət, hər evə sevinc arzulayırıq!

Mübarək Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, mərhəmət və şəfqət rəmzi olan bu bayramda tutulan orucların, edilən dua və niyyətlərin qəbul olunmasını diləyirik.

Bayramınız mübarək!