AAYDA-nın rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət ediblər FOTO

26 Fevral 2024- 14:53
11 AAYDA-nın rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Abidə önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.