Paytaxtda gecə və səhər saatlarında yollar nəzarətdə saxlanılıb MƏLUMAT/VİDEO

24 Yanvar 2024- 09:48

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləməyə davam edir. 

Bakı şəhərində agentliyin xidmət etdiyi yollara, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollara öncədən qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb. Gecə və səhər saatlarında sözügedən ərazilər nəzarətdə saxlanılıb. Problem yaşandığı sahələrə dərhal xüsusi texnikalar cəlb edilərək hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub

YOLUNUZ AÇIQ OLSUN...