Saray qəsəbəsində Mikayıl Müşfiq küçəsi təmir edilib VİDEO/FOTO

19 Yanvar 2024- 12:13

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Mikayıl Müşfiq küçəsi təmir edilib.

Uzunluğu 2026 metr, ortalama eni isə 8 metr təşkil edən sözügedən küçə uzun müddət təmir olunmadan istismar olunması nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olurdu. Artıq sadalanan problemlər geridə qalıb.

Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfiqi nişanlanma xətləri çəkilməklə yol yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. 

YOLUNUZ AÇIQ OLSUN...