Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 Avqust 2016- 00:00
11 Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

          Cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdir. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

           1. Yeddi min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.

 

           2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2016-cı il.