Hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi tətbiq edilib MƏLUMAT

14 Yanvar 2024- 09:43
11 Hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi tətbiq edilib

Bu gün gecə və səhər saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyəti strukturları gücləndirilmiş iş rejimində çalışıblar.

Respublikanın avtomobil yollarında gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər görülüb.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib. Bu istiqamətdə işlər davam etdirilir.

İctimaiyyəti yollardakı vəziyyət barədə məlumatlandırmaq üçün görülən işlərlə bağlı agentliyin “Facebook”, “İnstagram” və “Telegram” sosial şəbəkə hesablarında məlumatlar paylaşılır. 

Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.

YOLUNUZ AÇIQ OLSUN...