Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolu əsaslı şəkildə təmir olunur VİDEO/FOTO

8 Yanvar 2024- 10:23

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Astara rayonunun Düriyyə - Şümrüd avtomobil yolunun əsaslı təmirinə start verilib. 
 
Ümumi uzunluğu 5 km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilir, bura 4 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. 
 
Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, kipləşdirmə işləri aparılır, zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılır.
 
Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. 
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir. 
 
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində qum-çınqıl qarışığından ibarət yol geyiminin tikintisi aparılacaq. 
 
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 2 yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
 
YOLUNUZ AÇIQ OLSUN...