AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad edib

12 Dekabr 2023- 16:13
11 AAYDA-nin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin xatirəsini yad edib

Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.