AAYDA-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

12 Dekabr 2023- 10:16
11 AAYDA-də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatından 20 il ötür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. 

Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin cəmiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri qoyuraq, ümummilli lideri qürur hissi, dərin hörmət, sonsuz sevgi ilə anıblar.

Bütün həyatını ölkəmizin tərəqqisi, xalqımızın işıqlı gələcəyi və xoşbəxtliyinə həsr edən Ümummilli lider Heydər Əliyevin xatirəsi milyonların qəlbində daim yaşayacaq!