Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilib

7 Dekabr 2023- 14:30
11 Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilib

Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. 

Agentliyin mütəxəssisləri tərəfindən yol infrastrukturuna baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Yoxlamalar zamanı yol infrastrukturunda heç bir ziyan müşahidə edilməyib.

Yoxlamaların günün sonunadək davam etdirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, zəlzələ ilə əlaqədar agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət daha da gücləndirilib.

YOLUNUZ AÇIQ OLSUN…