Bayram günlərində paytaxt Bakının bir neçə ərazisində təmir işləri icra olunub VİDEO/FOTO

13 Noyabr 2023- 09:32
11 Bayram günlərində paytaxt Bakının bir neçə ərazisində təmir işləri icra olunub

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bayram tətili günlərində paytaxt Bakının bir neçə ərazisində təmir-bərpa işləri aparılıb.

Belə ki, noyabr ayının 10 və 11-də Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə təmir-bərpa işləri icra olunub.

Anoloji işləri noyabr ayının 12-də Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsü üzərində də aparılıb. 

Bundan başqa bayram günlərində şəhər yollarında hərəkət intensivliyinin azalmasından istifadə edilərək avtomobil tunellərində, tunellərə giriş və çıxış yollarında, həmçinin yerüstü və yeraltı piyada keçidlərində təmizlik, işıqlandırmanın bərpası, yol nişanları və elementlərinin yuyulması, müxtəlif təmir-bərpa işləri icra olunub.

YOLUNUZ AÇIQ OLSUN...