H.Əliyev prospektində qəza nəticəsində dağılmış divarın bərpasına başlanılıb  FOTO

20 Oktyabr 2023- 11:18
11 H.Əliyev prospektində qəza nəticəsində dağılmış divarın bərpasına başlanılıb 

Ötən gün axşam saatlarında Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev prospektinə doğru hərəkətdə olan yük maşını naməlum səbəblərdən idarəetmədən çıxaraq Heydər Əliyev prospektinin yan yolu ilə əsas yolu ayıran divara çırpılıb. Nəticədə divarın bir hissəsi deformasiyaya uğrayaraq dağılıb

Qəza ilə bağlı məlumat daxil olan kimi, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Artıq divarın bərpası istiqamətində ərazidə işlərə başlanılıb

Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.