Sürücülərin nəzərinə! MƏLUMAT

19 Oktyabr 2023- 10:05
11 Sürücülərin nəzərinə!

Bakı şəhəri, Xətai rayonu, Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq 19, 20 və 21 oktyabr 2023-cü il tarixlərində saat 23:00-dan saat 23:15-ə qədər (15 dəq.) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan və sözügedən körpünün aşağısından keçən yoldan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.