Az    |     Ru    |     En
      

          2016-cı ilin yanvar-iyun aylarında avtomobil yollarının təhkim zolağında 97 532 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

 

          “Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən 8,9 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində 86 730 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hal-hazırda bu tinglik sahələrində 91 920 ədəd ağac və kol bitkisi yetişdirilir.

 

          Yol Yaşıllaşdırma MMC-ləri Bakı şəhərində 95,9 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 96786 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Bu yaşıllıq sahələrinə su xəttləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.  

 

          Ümumilikdə “Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri 1551 km magistral avtomobil yolunun, 1829 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir.

 

          Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 194 987 ədəd, o cümlədən 956 638 ədəd çoxillik ağac mövcuddur.

 

01.08.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin