Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələr quraşdırılıb

10 Avqust 2023- 15:42

Bakı şəhəri, Heydər Əliyev prospektində P tipli istiqamətverici lövhələrin quraşdırılması davam edir. 

Bu çərçivədə prospektin şəhər istiqamətində, 26.4-cü km-də sözügedən lövhələr quraşdırılıb.

Qeyd edək ki, lövhələrin quraşdırılması işləri hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında aparılıb. 


YOLUNUZ AÇIQ OLSUN...