Qax rayonunun Qaşqaçay və Armudlu kəndləri arasında hərəkət bərpa olunub MƏLUMAT

7 İyun 2023- 14:18

İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunaraq və qısa müddət ərzində təxirəsalınmaz tədbirlər görülərək iki kənd arasında avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Qeyd edək ki, gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaşqaçay üzərində 2 aşırımlı və 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası aparılır.

Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib

YOLUNUZ AÇIQ OLSUN...