Qəbələ rayonu Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin olunub MƏLUMAT

7 İyun 2023- 12:01
11 Qəbələ rayonu Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin olunub

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

Sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. 

Qısa müddət ərzində alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub

Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.

YOLUNUZ AÇIQ OLSUN...