Əhməd Cəmil küçəsi təmirdən sonra yeni görkəm alır

25 Avqust 2015- 00:00
11 Əhməd Cəmil küçəsi təmirdən sonra yeni görkəm alır

            Uzun müddətdir ki, yolun hərəkət hissəsi sıradan çıxmış Yasamal rayonu Əhməd Cəmil küçəsinin bir hissəsi təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Burda təmir-tikinti işləri Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə aparılan kompleks tədbirlər çərçivəsində həyata keçirilib.

           Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən yolun ümumi uzunluğu 1200, ortalama eni isə 12 metrdir. Təmir-tikinti işləri yolun Bəxtiyar Vahabzadə və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasındakı olan hissəsində, 520 metrlik ərazidə aparılıb. Burda köhnə asfalt-beton örtüyünün üst qatı yeni örtüklə əvəzlənib. Sözügedən ərazinin təqribən 6500 kvadrat metrlik hissəsinə yeni asfalt-beton örtüyü döşənib.

            Bundan başqa Əhməd Cəmil küçəsində köhnə səki daşlarının sökülərək yeniləri ilə əvəzlənir. Bura ümumilikdə 2500 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.

           Hazırda küçənin digər hissəsində, daha dəqiqi Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında olan ərazidə təmir-tikinti işləri davam etdirlir. Ərazi yeni asflat-beton örtüyünün döşənməsi üçün artıq hazır vəziyyətə gətirilib. Ümumilikdə Əhməd Cəmil küçəsinin 14500 kvadrat metr sahəsinə yeni  asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

         Təmir-tikinti işləri şəxsən “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda canlı qüvvə və texnika cəlb olunub.

         Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.