Təmir işləri ilə əlaqədar yol ötürücüsü üzərində hərəkət məhdudlaşdırılır MƏLUMAT

29 Dekabr 2022- 09:05
11 Təmir işləri ilə əlaqədar yol ötürücüsü üzərində hərəkət məhdudlaşdırılır

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində ( 3-cü mkrn dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində ( yalnız yolötürücüsü üzərində ) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Sözügedən yolöütürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, dekabr ayının 30-dan 31-nə keçən gecədən etibarən 2023-cü il yanvar ayının 4-ü axşam saatlarınadək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.