Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək MƏLUMAT

19 Sentyabr 2022- 09:15
11 Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabr ayının 23-də Qazax rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Qazax rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qazax rayonu “28 №-li Yol İstismarı”, Ağstafa rayonu “27 №-li Yol İstismarı” Tovuz rayonu “26 №-li Yol İstismarı” MMC -lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.