Az    |     Ru    |     En
      

           

            Uzunluğu 1 km, ortalama eni isə 15 m olan Sadıqcan küçəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib.

 

            Əvvəllər yolun hərəkət hissəsi sıradan çıxdığı üçün avtonəqlyyat vasitələrinin hərəkətində problemlər yaranırdı. Üstəlik vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri də demək olar ki, yox vəziyyətində idi. Təmirdən sonra bu problemlər tam olaraq aradan qaldırılıb.

 

            “Azəravtoyol” ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınıb, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənib. Ümumilikdə küçənin 15 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb və küçə boyu 2 min p/m yeni səki daşı düzülüb.

 

            Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.

 

            Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.

12.05.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin