İxtisasartırma kurslarında tədrisə başlanıldı

1 Oktyabr 2015- 00:00
11 İxtisasartırma kurslarında tədrisə başlanıldı

     01 oktyabr 2015-ci il tarixindən etibarən “Azəryolservis” ASC-nin “Azəryolelmitədqiqatlayihə” institutunun tərkibində ixtisasartırma kurslarında tədris prosesinə start verilib.

     İxtisasartırma kurslarının təşkilində məqsəd avtomobil yolarının tikintisində istifadə edilən materialların yoxlanılmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzunömürlüyünün təmin olunması məqsədi ilə orta səviyyəli mütəxəsislərın hazırlanmasıdır.

     Kurslarda laborantlar, mexanizatorlar, operatorlar, mexaniklər, vərdənə ustaları, yol ustaları hazırlanacaq və kursu bitirənlər üçün şəhadətnamə veriləcək.

     İxtisasartırma kurslarında tədris 8-10 nəfərlik qruplar şəklində keçirilir.

     Kurslara yazılmaq üçün aşağıdakı sənədlər lazımdır:

-  Şəxsiyyət vəsiqəsinin sürəti
-  2 ədəd şəkil (3x4 ölçüdə)
-  Təhsil haqqında sənəd

     Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rafiq İsmayılov küçəsi, 2025-ci məhəllə.

     Əlaqə tel.: (012) 599-79-48