Az    |     Ru    |     En
      

            “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış küçələrin təmir edilərək vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir.

        

            Bu çərçivədə Qaradağ rayonu Sahil qəsəbəsinini bir-neçə küçəsində eyni vaxtda təmir işləri aparılır. Bu Emin Quliyev küçəsinin 360 metr, Zahid Qasımov küçəsinin 530 metr, Rövşən Rzayev küçəsinin 210 metr və Bəxtiyar Əliyev küçəsinin 550 metr uzunluğunda olan hissələridir.

 

            Təmir işləri çərçivəsində Emin Quliyev küçəsinin 3600 m2 , Zahid Qasımov küçəsinin 3700 m2 , Rövşən Rzayev küçəsinin 1500 m2 , Bəxtiyar Əliyev küçəsinin isə 450 m2 hissələri olmaqla, ümumilikdə 9300 m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bundan başqa Emin Quliyev küçəsində 400 paqon-metr səki daşı da yenisi ilə əvəzlənib.

 

29.04.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin