Bakı-Şamaxı-Yevlax yolunun 67-70-ci km-lik hissəsində təmir işləri aparılır MƏLUMAT

6 İyun 2022- 12:41
11 Bakı-Şamaxı-Yevlax yolunun 67-70-ci km-lik hissəsində təmir işləri aparılır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 67-70-ci km-lik hissəsində cari təmir işləri icra olunur.

Təmir işləri yaxın bir-neçə gün ərzində davam edəcək və həftəsonuna qədər yekunlaşdırılacaq.

Təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.  

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb. 

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

YOLUNUZ AÇIQ OLSUN...