Az    |     Ru    |     En
      

         Sabirabad-Surra-Padar avtomobil yolunun 1-ci kilometrliyində yerləşən avtomobil körpüsü “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir edilib.

 

         Ötən əsrin 80-ci illərində inşa edilmiş avtomobil körpüsünün uzunluğu 267 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni isə 8 metrdir.

 

         Avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə aparılan təmir işləri zamanı yolun hərəkət hissəsinin və piyada səkilərinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə ərazinin təqribən 2700 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib.  Bundan başqa körpünün dəmir mühəccərləri də zəruri olan yerlərdə bərkidilib və rənglənib.

01.03.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin