“Azəryolservis” ASC-nin fəaliyyətinin təşkili haqqında” 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə Prezidentin Sərəncamı

27 Fevral 2016- 00:00
11 “Azəryolservis” ASC-nin fəaliyyətinin təşkili haqqında” 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə Prezidentin Sərəncamı

          “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

          Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

          “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1139; 2010, № 7, maddə 610) 1.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə olunsun:

 

           “1.7. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 fevral 2016-cı il.