Az    |     Ru    |     En
      

         

          “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa və meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqramların, həmçinin ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi ilə əlaqədar olaraq avtomobil yollarının ayırıcı və mühafizə zolaqlarında yeni yaşıllıqların salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə diqqət daha da artırılıb.

 

         22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə Azəryolservis” ASC-nin kollektivi tərəfindən bu dəfə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 62-65-ci kilometrlik ərazisində hər iki istiqamət üzrə olan mühafizə zolaqlarında ağacəkmə aksiyası keçirilib.

 

         Ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri də yaxından iştirak ediblər.

         “Azəryolservis” ASC-nin 150-ə yaxın işçisinin və 10 ədəd maşın-mexanizmin cəlb edildiyi aksiya zamanı 160 min kvadrat metr ərazi kənar əşyalardan təmizlənib, hamarlanıb və ağacların əkilməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 14 500 ədəd eldar şamı, küknar, zeytun, çinar, iydə, nar, akasiya, qarağac və palıd əkilib. Əkilən ağaclar Cəmiyyətin Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahələrində yetişdirilib.

 

         Qeyd edək ki, “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 km magistral və 1829 km respublika əhəmiyyətli olmaqla, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolaqlarındakı yaşıllıqlara xidmət göstərir.

        

        2015-ci il ərzində 254 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda avtomobil yollarının mühafizə zolağında 1 092 300 ədəd ağac və kol bitkisi mövcuddur.

 

 

XƏBƏRƏ AİD FOTOLAR

20.02.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin