Az    |     Ru    |     En
      

         2015-ci il ərzində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol nəqliyyat hadisəsi baş vermişdir.

 

          Bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış  5769,4  p/m  təhlükəsizlik səddi, 2 ədəd işıq dirəyi, 1ədəd metal informatik lövhə və  8  ədəd yol nişanı  yararsız hala düşmüş və dövlət büdcəsinə ümumilikdə  552 092,93 manat ziyan dəymişdir.

 

         Baş vermiş 257 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olduğu üçün həmin hadisələri törədənlər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağıdakı tədbirlər görülmüşdür:

 

  1. 201 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün, dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunmuşdur.
  2. 56 yol nəqliyyat hadisəsi  törədilən  avtonəqliyyat  vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunmuşdur.
  3. 92  yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı  üçün həmin hadisələrin törədicilərinin  araşdırılaraq tapılması barədə  BDYPİ- nə məktubla müraciət olunmuşdur.         

 

          Yolların mühafizəsi xidmətini həyata keçirən tabelikdə olan cəmiyyətlər tərəfindən 2015-ci ildə 4005 inzibati xəta hadisəsi aşkar edilərək protokol tərtib edilmiş və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan şəxslərə göndərilməsi təmin edilmişdir.

12.02.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin