Az    |     Ru    |     En
      

         “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 km magistral avtomobil yolunun, 1829 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir.

 

          2015-ci il ərzində I Avropa Oyunlarının yol şəbəkəsinə daxil olan Bakı Dairəvi-I avtomobil yolunda 6000 ədəd, Zığ dairəsi – Hava Limanı avtomobil yolunda 9000 ədəd, Heydər ƏliyevBabək prospektləri, Yusif Səfərov küçəsindəki yol qovşaqlarının ərazilərində, Qələbə k/t qarşısındakı meydanda və İnşaatçılar prospektində (“Statistika dairəsində”) 2000 ədəd kol bitkisi, 6000 ədəd gül kolu və 12000 m2 qazon otu əkilmişdir. Bu yaşıllıq sahələrinə su xətləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılmışdır.

 

          2015-ci il ərzində respublika üzrə 74 630 ədəd ağac, ümumilikdə 424,8 hektar ərazidə 254 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 092 300 ədəd ağac və kol bitkisi, o cümlədən 895 625 ədəd çoxillik ağac mövcuddur.

11.02.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin