Az    |     Ru    |     En
      

         Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədi ilə gərgin iş rejimində işləyən yol qovşaqlarında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma işləri öz müsbət nəticələrini vermişdir.

 

         Uzun illərdir ki, günün istənilən vaxtı “tıxacla” rastlaşdığımız  Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində (“Ramstore” yol qovşağında), əsas yol kəsişmələrindən İnşaatçılar prospekti ilə Nəriman NərimanovNaxçivani küçələrinin kəsişməsində (“Statistika” dairəsində), Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində (“Qələbə k/t qarşısındakı dairədə) və  20 Yanvar dairəsində aparılan məqsədyönlü yenidən qurma işləri,  bu ərazilərdə nəqliyyat axınına müsbət təsir etmiş və nəticədə  sözügedən qovşaqlarda “tıxac” problemi xeyli azalmışdır.

 

         Heydər Əliyev Mərkəzi qarşısında yan yoldan əsas yola keçidin xeyli genişləndirilməsi (bir hərəkət zolağı enində), eləcə də Heydər Əliyev prospektində Koroğlu metro stansiyası istiqamətində əsas yoldan yan yola 2 yerdə yeni çıxışların açılması da şəhər əhalisi tərəfindən müsbət qarşılanmışdır.

 

         Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində əsas dairəyə çatmamış geriyə dönmə üçün yeni yolun tikintisi bu ərazidə nəqliyyat sıxlığının azalmasına imkan yaratmışdır.

       

Yol nişanları, siqnal dirəkləri,

 məlumatverici lövhələr

 

         2015-ci il ərzində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1739 ədəd yol nişanları, 11 903 ədəd siqnal dirəkləri, 58 ədəd məlumatverici lövhə,  33 844 p.m  isə əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş,  1050,6 min m2  həcmində yolların xətlənməsi işləri yerinə yetirilmişdir.

09.02.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin