Az    |     Ru    |     En
      

Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib. ​

 

Sözügedən ərazidə, avtobus dayanacağı, bundan başqa yolun hər iki  tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edir.

 

 

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir və  fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün burda 2 lift quraşdırılıb.

 

01.04.2021

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin