Az    |     Ru    |     En
      

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci km-lik hissəsində Şamaxı rayonu istiqamətində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Baxmayaraq ki, gecə saatlarından etibarən sözügedən hissədə xüsusi texnikalar qarın təmizlənməsinə cəlb edilib, amma əsən güclü külək nəticəsində yol kənarında olan qar yolun hərəkət hissəsini yenidən örtür.

 

Qeyd edək ki, sözügedən problem ancaq Şamaxı rayonu istiqamətində müşahidə olunur. Yol ayrıcına quraşdırılmış dəmir-beton maneələr qarın digər istiqamətə keçməsinin qarşısını alır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinin köməkliyi ilə magistral yolun sözügedən 6 km-lik ərazisində əks istiqamət üzrə, yəni paytaxt Bakı istiqamətində müvəqqəti ikitərəfli hərəkət təmin olunub.

 

Hazırda da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci km-lik hissəsində qarın təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 

12.03.2021

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin