Az    |     Ru    |     En
      

Cibir-Həzrə-Mucuq-Sudur yolunun əsaslı təmiri ilə bağlı Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən görülmüş işlərə görə sizə minnətdarlıq etməyi öz vətəndaşlıq borcum sayıram. 

 

Bu yolun vəziyyəti minlərlə ailəni narahat edirdi. Qeyd olunan dağ kəndlərinə aparan bu yol -əlbətdə buna yol demək mümkün idisə , tarix boyu insanları çətinliklərlə üzləşdirirdi. Əhalinin rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişi  əzab-əziyyətlə baş verirdi. Həmin yolda qısa müddətdə xeyli işlər həyata keçirilmiş, yüksək keyfiyyətlə asfalt örtüyü çəkilmişdir. Görülən bu işlərə görə Əcəxur kənd sakinləri adından sizə təşəkkürümü bildirirəm və işlərinizdə müvəfəqiyyətlər arzulayıram. 

 

YOLUNUZ AÇIQ OLSUN..

11.09.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin