Az    |     Ru    |     En
      

Ümummilli liderimiz H.Əliyevin yol haqqında hər zaman aktuallığını saxlayan bir aforizmi var “Yol iqtisadiyyat, mədəniyyət –bir sözlə həyat deməkdir"

 

Bu zəmində ölkə prezidentinin yol infrakstrukturuna diqqəti, sakinlərin rifahının ön planda olması respublika vətəndaşı kimi bizi də sevindirir.

 

Regionların inkişafı çərçivəsində son zamanlar Qubada davamlı  olaraq görülən işlər rayon sakinlərini sevindirir. Quba-Qonaqkənd yolunun müasir yola çevrilməsi regionda yaşayanların sevincinə səbəb olmuş, nəqliyyatın hərəkət səviyyəsini yüksəltmişdir. Fərəhləndirici haldır ki, tikinti-abadlıq işləri hələ də davam edir.

 

Hazırda rayonun Qonaqkənd-Xaltan-Muçu kəndləri istiqamətində 6 kəndi əhatə edən yolda təmir işi aparılır, yollara daş-çınqıl döşənir. 11 nömrəli Yol İstismarı İdarəsinin işçiləri mürəkkəb relyefə malik sahələrdə əzmlə çalışır, abadlıq işləri aparırlar. Bu da nəqliyyatın hər-hansı hava şəraitində işləməsinə imkan yaradır. Sakinlərin yaşayış səviyyəsinin yüksəlməsinə, ehtiyyaclarının ödənməsinə səbəb olur, maddi-rifahı yüksəldir.

 

Bu quruculuq işlərində sizə təşəkkür edir, cansaglığı , uğurlar, arzulayırıq. Bu regionda yaşayan biz sakinlər inanırıq ki, bundan sonra da yollarımızın abadlaşması sizin diqqət mərkəzinizdə olacaq.

 

Hörmətlə,

rayon sakinləri:

Ə. Ramazanov. 

A. Salmanov

A. Qurbanov

V. Cəlilov

R. Şahbazov

S. Sultanov

T. Mikayılov

Ş. Bünyadov

R. Nəcməddinov

R. Zeynalov

B. Mayılov

B. Müştaqov

A. Nəzərov

 

YOLUNUZ AÇIQ OLSUN..

08.09.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin