Az    |     Ru    |     En
      

Sərnişindaşımanın rahat şəkildə təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən küçə və yollar təmir olunur.

 

Təmir işləri Bakı şəhərində 7 rayon ərazisində, həmçinin Abşeron rayonunda müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların marşrut hərəkəti üzrə Bakı Nəqliyyat Agentliyinin müraciəti əsasında aparılır.

 

Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində aparılan təmir işləri Qaradağ, Sabunçu, Binəqədi, Xətai, Səbail,Suraxanı, Xəzər və Abşeron rayonları ərazisində 26 marşrut xətt üzrə 40-a yaxın küçə və yollarda görülür.

 

Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Asfaltlanma işləri ümumilikdə 1500 kv.m-ə yaxın sahəni əhatə edəcək.

16.04.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin