Az    |     Ru    |     En
      

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara dəstək olmağa davam edir.

 

Bir neçə gündür davam edən aksiya çərçivəsində Bakı və Gəncə şəhərləri, həmçinin Abşeron rayonu da daxil olmaqla respublikanının əksər rayonlarında ümumilikdə 2500-ə yaxın aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

 

Vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.

 

Xatırladaq ki, bundan öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar vətəndaşlara dəstək olmaq məqsədi ilə Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarından işsiz kimi qeydiyyatda olan 700-ə yaxın şəxsi işlə təmin olunub.

 

Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə elan olunmuş xüsusi karantin rejimi müddətində aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərzaq yardımı ilə dəstək olunması davam etdirilir.

14.04.2020

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin