Əhməd Cəmil küçəsi artıq yeni görkəmdədir

8 Yanvar 2016- 00:00
11 Əhməd Cəmil küçəsi artıq yeni görkəmdədir

         Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün uzun müddətdir ki, təmir olunmadığından yolun hərəkət hissəsi sıradan çıxmış küçələrin “Azəryolservis” ASC tərəfindən təmir olunması işləri texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə davam etdirilir.

      

         Belə ərazilərdən biri də Yasamal rayonu Əhməd Cəmil küçəsidir.

        

         Əhməd Cəmil küçəsinin əsaslı şəkildə təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşir. Bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir.

 

         Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, ərazidən daşınıb. Deformasiyaya uğramış köhnə yol yatağı qazılaraq çıxarılıb və əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib. Daha sonra 2 qat və 10 santimetr qalınlığında olmaqla təqribən 8 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.

 

         Kompleks şəkildə “Azəryolservis” ASC tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.

        

         Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə mövcud piyada səkiləri təmir olunaraq, asfaltlanıb. Səkilərin kənarlarına ümumilikdə 1300 paqon-metr yeni səki daşı düzülüb.

 

XƏBƏRƏ AİD FOTOLAR

 

XƏBƏRƏ AİD VİDEO