Avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib

7 Yanvar 2016- 00:00
11 Avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib

         Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində baş vermiş qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

 

        16 paqon-metr əyri xətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb. 

        

        Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində avtobus yol ayrıcında yerləşən əyri-xətli dəmir tirlərə çırpılıb.

 

         İlkin hesablamalara görə, qəza zamanı yol təsərrüfatına 1525 manat məbləğində ziyan dəyib. “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

 

XƏBƏRƏ AİD FOTOLAR